...

Allahşükür Paşazadə Avrasiya İslam Şurasının toplantısına sədrlik edəcək

Cəmiyyət Materials 19 Noyabr 2012 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında nümayəndə heyəti Türkiyəyə səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Avrasiya İslam Şurası Təşkilatının dəvəti əsasında həyata keçirilir.

Təşkilatın 19-22 noyabr 2012-ci il tarixində baş tutacaq VIII Baş İclasının mövzusu "Ənənədən gələcəyə doğru: Avrasiyanın İslam üfüqləri"dir. Avrasiya cografi məkanında tarixi qardaşlıq telləri ilə bağlı olan ölkələr və cəmiyyətlərin dini qurumları, onların dini lider və təmsilçilərini bir araya gətirəcək toplantıda gündəmdə olan aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq, ümumi fəaliyyət istiqamətləri müəyyən ediləcək.

Toplantıda iştirak etmək məqsədilə QMİ sədri Allahşükür Paşazadənin başçılığı ilə Şimali Qafqaz müftiləri - Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri İstanbula yola düşüblər. Şeyxülislam İstanbulun mötəbər Dolmabaxça sarayında keçiriləcək toplantının bir bölümünə sədrlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti