...

Ombudsman nümayəndələri 17 noyabr aksiyası zamanı saxlanılan şəxsləri ziyarət edib

Cəmiyyət Materials 20 Noyabr 2012 16:49 (UTC +04:00)
Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Priventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həps olunanların saxlanma məntəqəsinə növbədənkənar başçəkmə həyata keçiriblər.
Ombudsman nümayəndələri 17 noyabr aksiyası zamanı saxlanılan şəxsləri ziyarət edib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Priventiv Qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsinə növbədənkənar başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd noyabrın 17-də keçirilmiş aksiya zamanı saxlanılan şəxslər ilə rəftar, saxlanma şəraiti və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanışlıq olub.

İnzibati qaydada həbs olunan 10 nəfər şəxslə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə onlara qarşı rəftar və şəraitdən şikayət etməyiblər. Ombudsman nümayəndələri saxlanılan şəxslərin bəzilərinə ailələri və yaxınları ilə təkrar telefon əlaqəsinə şərait yaradıb.

Saxlanma yerinin rəhbərinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti