...

Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Cəmiyyət Materials 26 Noyabr 2012 14:39 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərinə qar yağacaq

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 27-də arabir yağış yağacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 27-28-də Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti