Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Tağıyeva/
Azərbaycan və İraq gənclər və idman sahəsində Anlaşma Memorandumu imzalayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İraqın "Əs-Sout əl-İraq" qəzeti xəbər verib.
Memorandum Bağdadda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və onun iraqlı həmkarı Casim Məhəmməd Cəfəri tərəfindən imzalanıb.
Rəhimov İraqa dekabrın 1-də rəsmi səfər edib. Səfər zamanı azərbaycanlı naziri gənc sahibkarlardan ibarət nümayəndə heyəti müşayiət edib.
Rəhimov, həmçinin ölkənin vitse-prezidenti Hüzeyr əl-Hudayi ilə də görüşüb.