...

Azərbaycanda 60 minə yaxın əlliliyi olan uşaq sağlam uşaqların imkanlarından istifadə etmir

Cəmiyyət Materials 3 Dekabr 2012 15:04 (UTC +04:00)
Azərbaycanda əlilliyi olan və sağlam uşaqlar üçün mövcud imkanlardan istifadə etmədən böyüyən 60 minə yaxın uşaq var.
Azərbaycanda 60 minə yaxın əlliliyi olan uşaq sağlam uşaqların imkanlarından istifadə etmir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əlilliyi olan və sağlam uşaqlar üçün mövcud imkanlardan istifadə etmədən böyüyən 60 minə yaxın uşaq var. Bu barədə Trend UNİCEF-in yaydığı məlumata istinadən bildirir.

Məlumatda qeyd edilib ki, əlilliyi olan şəxslər Azərbaycanda mövcud imkanlardan ən az istifadə edən qruplardır.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard bildirib ki, əlilliyi olan uşaqların üzləşdikləri çətinliklərin çoxu onların əlilliyi ilə bağlı deyil, qarşılaşdıqları ayrı-seçkiliklə bağlıdır. Bu, onların sağlamlıqlarına və təhsil imkanlarına mənfi təsir göstərə bilər. Bir çox hallarda bu, onların digər uşaqlarla bərabər oynamaq və onlar qədər həyatdan zövq almaq imkanlarını məhdudlaşdırır. Bu da onları hər cür zorakılıq, sui-istifadə kimi hallarla üzləşmə riskinə məruz qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti