...

Odlar Yurdu Universitetinin əməkdaşları Milli TEMPUS İnformasiya gününə həsr olunmuş tədbirdə iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2012 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir M.Əliyev/

Odlar Yurdu Universitetinin xarici əlaqələr üzrə əməkdaşları Milli TEMPUS İnformasiya gününə həsr olunmuş tədbirdə iştirak ediblər.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir hər il keçirilir və ötən ilin hesabatı və gələcək üçün yol xəritəsi xarakteri daşıyır.

Avropa İttifaqından səfir Roland Kobianın başçılıq etdiyi nümayəndə heyəti bu il bu tədbiri Xəzər Universitetində keçirməyi qərara aldı. Təhsil Nazirliyinin əməkdaşı nazirliyin adı çəkilən layihələri dəstəklədiyini və gələcəkdə də bu sahənin inkişafı üçün şərait yaradacaqlarından danışdı. Avropa İttifaqından səfir Roland Kobia ötən il üçün ölkəmizin universitetlərinin yüksələn qrafiklə məsafə qət etdiyini söyləyərək hələ də bu görəcək işlərin çox olduğunu vurğuladı. Əsasən hələ də göndərilən bir çox qiymətli layihələrin Avropa Birliyinin qəbul etdiyi formata uyğun gəlmədiyi üçün baxılmadan geri çevrildiyini qeyd edən qonaq layihələrin yazılma formatının mənimsənməsi üçün hər universitetin öz daxilində əməkdaş yetişdirməsi üçün fəaliyyət göstərməsinin vacibliyini vurğuladı.

Tədbirdə Odlar Yurdu Universiteti layihə yazılma sahəsində də yüksələn xətlə fəaliyyət göstərdiyi və artıq bu il üçün layihə sayının artırdığı qeyd olundu. Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev bu sahədə ölkə universitetləri içində qabaqcıl olmaq üçün dünyanın bir çox universitetləri ilə əməkdaşlıq etməyə davam etmək üçün universitetin kollektivinə müəyyən direktivlər verir və bu sahənin də inkişafı üçün lazımi şəraitin yaranması üçün fəaliyyət göstərir.

Bu kimi layihələr universitetlər üçün maliyyə qaynağına çevrilir və keyfiyyətli kadrların və təhsilin formalaşmasına təkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti