...

Azərbaycanda kino sahəsinin inkişafı üçün qanunvericilik ciddi şəkildə dəyişdiriləcək

Cəmiyyət Materials 8 Dekabr 2012 10:43 (UTC +04:00)
Azərbaycanda kino sahəsinin inkişafı üçün qanunvericilik ciddi şəkildə dəyişdiriləcək. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycanda kino sahəsinin inkişafı üçün qanunvericilik ciddi şəkildə dəyişdiriləcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda kino sahəsinin inkişafı üçün qanunvericilik ciddi şəkildə dəyişdiriləcək. Bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 1998-ci ildə qəbul olunmuş "Kinematoqrafiya haqqında" qanun var, lakin müasir dövrün çağırışlarına cavab vermir və ciddi şəkildə dəyişdirilməlidir.

Komitə sədri qeyd edib ki, dəyişikliklər Azərbaycanda çəkilən filmlərin ölkə xaricinə çıxarılması, satışının təşkili, dövlətin maliyyələşdirilməsi ilə çəkilən filmlərin yayım üçün televiziya kanallarına buraxılması şərtlərini özündə əks etdirəcək.

Cəfərov həmçinin bildirib ki, Azərbaycana əcnəbi aktyor, rejissor personalının da cəlb olunmasına ehtiyac var.

"Bizim bu sahədə təcrübəmiz var və xaricdən aktyor, rejissor dəvət edirik. Amma bu hələ ki, daha çox teatr səviyyəsindədir. Kino çəkilişi ilə bağlı dəvət üçün maliyyə çox olmalıdır. Bu sahədə əməkdaşlıq mütləq səviyyədə lazımdır. Amma qanunvericilik hələ də təkmil deyil", - Cəfərov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti