...

İran İraqın Kərbəla və Nəcəf şəhərlərində xəstəxana tikəcək

Cəmiyyət Materials 11 Dekabr 2012 13:52 (UTC +04:00)
İran İraqın Kərbəla şəhərində ixtisaslaşdırılmış göz xəstəxanası, Nəcəf şəhərində isə ixtisaslaşdırılmış dializ və böyrək xəstəxanası tikəcək.
İran İraqın Kərbəla və Nəcəf şəhərlərində xəstəxana tikəcək

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir T.Cəfərov/

İran İraqın Kərbəla şəhərində ixtisaslaşdırılmış göz xəstəxanası, Nəcəf şəhərində isə ixtisaslaşdırılmış dializ və böyrək xəstəxanası tikəcək. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədr müavini Əli Heydəri deyib.

Heydəri bildirib ki, İraq Səhiyyə Nazirliyi həmin xəstəxanaların tikilməsinə artıq razılıq verib və sənədləşmə işləri aparılır.

"Kərbəla şəhərində tikiləcək xəstəxana 16 mərtəbəli olacaq. Bunun üçün artıq 300 kvadratmetr yer ayrılıb. Hazırda işlər gedir və ümid edirik ki, xəstəxananın tikintisi 18 aya ərzində başa çatacaq və istifadəyə veriləcək", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti