...

Misirin nüfuzlu qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Cəmiyyət Materials 12 Dekabr 2012 20:35 (UTC +04:00)
Misirin geniş oxucu auditoriyasına malik ərəbdilli "Əl-Youm əs-Səbii" ("Yeddinci gün") qəzetində səfir Şahin Abdullayevin "Heydər Əliyev Azərbaycan ilə Misir arasında ənənəvi dostluq əlaqələrini bərра etmişdir" başlıqlı məqaləsi işıq üzü görüb.
Misirin nüfuzlu qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Misirin geniş oxucu auditoriyasına malik ərəbdilli "Əl-Youm əs-Səbii" ("Yeddinci gün") qəzetində səfir Şahin Abdullayevin "Heydər Əliyev Azərbaycan ilə Misir arasında ənənəvi dostluq əlaqələrini bərра etmişdir" başlıqlı məqaləsi işıq üzü görüb.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfir məqaləsində ümummilli lider Heydər Əliyevin həyatından bəhs edərək, ulu öndərin SSRİ-nin təhlükəsizlik orqanlarında, еləcə də Kommunist Partiyası Mərkəzi Komitəsində mötəbər vəzifələri icra etdiyini oxucuların diqqətinə çatdırıb.

Sovet İttifaqının süqutundan sonra Azarbaycanın bir tərəfdən daxili siyasi-iqtisadi böhran içində olmasının, digər tərəfdən isə Ermənistanın silahlı təcavüzünə məruz qalmasının ölkənin taleyini sual altına qoyduğunu vurğulayan Abdullayev belə kritik anlarda xalqın çağırışına cavab olaraq Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini bildirərək, həmin ildən etibarən ölkənin siyasi-ictimai və iqtisadi sabitliyə doğru getdiyini önə çəkib, beynəlxalq təşkilatlarla möhkəm əməkdaşlıq əlaqələrinin qurulduğunu, habelə erməni işğalının qarşısının alınmasına müyəssər olunduğunu xüsusilə qeyd edib.

Səfir, həmçinin Heydər Əliyev tərəfindən aparılmış siyasi və iqtisadi islahatlar barədə məlumat verərək, neft strategiyasi, bu strategiya çərçivəsində 1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi" və onun bəhrəsindən ətraflı danışıb.

12 dekabr 2003-cü ildə müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olduğunu diqqətə çatdıraraq, Abdullayev həmin tarixdə uzaqgörənliyi ilə fərqlənən dövlət xadimi Heydər Əliyevin vəfat etdiyini qeyd edib.

Səfir Heydər Əliyevin cızdığı siyasi və iqtisadi kursu bu günlərdə müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində Azərbaycanın regionda lider ölkə olduğunu vurğulayaraq, bu barədə müvafiq məlumatlar təqdim edib.

Məqalədə, həmçinin Azərbaycanın ərəb ölkələri ilə əlaqələri çərçivəsində Heydər Əliyevin 1994-cü ildə Misirə səfər etdiyi və о vaxtkı Prezident Hüsnü Мübаrəklə görüşdüyü xatırlanaraq, həmin görüşün Azərbaycanla Misir arasında ənənəvi dostluğun canlandırılmasına gətirib çıxardığı vurğulanıb.

Yekunda səfir Şahin Abdullayev məqaləsini ümummilli liderin "Azərbaycanın müstəqilliyi və uğurlu inkişafı daimi və əbədidir!" sözləri ilə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti