Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları, o cümlədən Meksikada yaşayan Azərbaycan və türk icmalarının üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Mexiko şəhərində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə əklil və güllər qoyub, mərhumun ruhuna dualar oxuyublar.
Bundan sonra anım mərasimi səfirlikdə davam etdirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb.