...

Bakıdakı bütün orta məktəblərin fərdi qazanxanası olacaq

Cəmiyyət Materials 17 Dekabr 2012 13:31 (UTC +04:00)
Bakıdakı bütün orta məktəblərin fərdi qazanxanası olacaq. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
Bakıdakı bütün orta məktəblərin fərdi qazanxanası olacaq

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıdakı bütün orta məktəblərin fərdi qazanxanası olacaq. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, BŞTİ-nin tabeliyindəki məktəblərin 50 faizinin fərdi qazanxanası var. Hazırda hər məktəbin həyətində fərdi qazanxananın tikilməsi üçün işlər aparılır.

İdarə rəsmisi bildirib ki, hər bir məktəbin fərdi qazanxanası olduqda bütün məktəblərin istilik təminatı tam həll ediləcək. O, qeyd edib ki, gələn ilin sonuna qədər bu problemin həll olunacağı gözlənilir.

Əliqızı bildirib ki, mərkəzləşdirilmiş şəkildə qazla təmin olunan məktəblərdə istilik təminatı ilə bağlı problemlər yaranır.

"Hansısa bir ərazidə qazın təzyiqi aşağı salınarsa, orada yerləşən məktəblərdə istilik təminatı ilə bağlı problemlər yarana bilər. Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində qazın təzyiqi çox aşağı olduğu üçün məktəb zəif isinir. Ancaq bu gün havanın soyumasına baxmayaraq, istilik təminatına görə müraciət edərək narazılığını bildirən olmayıb", - Əliqızı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti