...

Azərbaycanda ilk dəfə unikal cərrahi əməliyyat keçirilib

Cəmiyyət Materials 20 Dekabr 2012 16:40 (UTC +04:00)
Bu gün Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicə Diaqnostika Mərkəzində unikal cərrahi əməliyyat keçirilib.
Azərbaycanda ilk dəfə unikal cərrahi əməliyyat keçirilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicə Diaqnostika Mərkəzində unikal cərrahi əməliyyat keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çümə axşamı Trend-ə verilən məlumata görə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent (scaffold) implantasiya edilib. Əməliyyatı ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi altında invaziv kardioloq, tibb elmləri namizədi Şahin Xəlilov həyata keçirib.

Tam əriyən stent (scaffold) "Abbot Vascular" (ABŞ) şirkəti tərəfindən icad edilib. Aparılan təqdiqatlar bu yeni stentlərin metallik stentlərə nəzərən bir çox üstünlüyə malik olduğunu sübut edib.

"Scaffold" bir adi metallik stent kimi öz funksiyasını yerinə yetirir, yəni damarın keçiriciliyini bərpa edir. 2 il müddətində isə "scaffold" tamamilə əriyərək damarın ilkin sağlam vəziyyətinə qayıtmasını təmin edir. "Scaffold" implantasiyası xüsusən cavan xəstələr üçün çox əlverişlidir. Tibb sahəsindəki aparıcı mütəxəssislərin hesablamalarına görə tam əriyən stentlər bir neçə il ərzində metallik stentləri tamamilə əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti