...

Bakının sürüşmə ərazisindəki ağacların köçürülməsinə başlanılıb

Cəmiyyət Materials 22 Dekabr 2012 10:36 (UTC +04:00)
Bakının Səbail rayonu Badamdar qəsəbəsində baş verən sürüşmənin qarşısını almaq məqsədilə ağır texnikanın işləməsi üçün ərazidəki ağacların köçürülməsinə başlanılıb.
Bakının sürüşmə ərazisindəki ağacların köçürülməsinə başlanılıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bakının Səbail rayonu Badamdar qəsəbəsində baş verən sürüşmənin qarşısını almaq məqsədilə ağır texnikanın işləməsi üçün ərazidəki ağacların köçürülməsinə başlanılıb. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ərazidən 600-dən cox ağacın köçürülməsi nəzərdə tutulur. Məqsəd ərazidə ağır texnikanın işləməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, dekabrın ilk günlərində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, "Bəyoğlu" restoranının qarşısındakı ərazidə sürüşmə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti