...

Səhiyyə Nazirliyi 65 sahibkarı cərimələyib

Cəmiyyət Materials 25 Dekabr 2012 15:26 (UTC +04:00)
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin noyabr ayı ərzində yeyinti sahəsi üzrə fəaliyyət göstərən 65 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.
Səhiyyə Nazirliyi 65 sahibkarı cərimələyib

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin noyabr ayı ərzində yeyinti sahəsi üzrə fəaliyyət göstərən 65 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib.

Səhiyyə Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, həmin müəssisələr yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozub, laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən 38 obyektin istismarı dayandırılıb, 34 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 902, mikrobioloji göstəricilərinə görə 966, toksikoloji göstəricilərinə görə 231, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 14-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2999 yaxma, 125 soyuq qəlyanaltı nümunəsi götürülüb, 64 yaxmada mikrobioloji çirklənmə aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti