...

2013-cü il daha şirin olsun deyə... (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2012 15:09 (UTC +04:00)
Yeni hədiyyələr, maraqlı sürprizlər, xoş xatirələr... Bunlar hamısı yeni ilin şirinliyini artıran amillərdir.
2013-cü il daha şirin olsun deyə... (FOTO)

Yeni hədiyyələr, maraqlı sürprizlər, xoş xatirələr... Bunlar hamısı yeni ilin şirinliyini artıran amillərdir. Məhz bu il həmin şirinlik ötən yeni illərə nisbətən bir qədər də artacaq. Çünki, "Çudo Peçka" xüsusi yeni il tortları və pirojnaları hazırlayıb ki, gözəlliyi və dadı ilə adamı heyran edir.

Yenicə satışa çıxarılmış həmin tort və pirojnalar yeni il anlarınızı daha şirin edəcək. Şirniyyatların görünüşü hər biri hədiyyə bağlaması və ya yolka oyuncağını xatırladır. Qənnadı şöbəsinin vitrinlərini qardan adam, üzərinə qar yağmış evcik, yolka oyuncağı, saat, formalı və ya üzərində şaxta baba, şam ağacı, fiqurları və təsvirləri olan tortlar və pirojnalar bəzəyir. "Çudo Peçka"nın yeni il şirniyyatları ilə süfrələr sözün əsil mənasında bayram yolkası kimi bəzənəcək.

Yeni il şirniyyatlarına olan böyük təlabatla bağlı "Çudo Peçka" şirkəti gücləndirilmiş iş rejiminə keçib. Qənnadı sexinə yeni işçilər cəlb olunub və sexin iş saatları artırılıb. Şirkət rəhbərliyi şəhər sakinlərinin yeni il şirniyyatlarına olan təlabatlarını tam ödəyə biləcəklərinə inanır.

"Çudo Peçka" rəhbərliyi Azərbaycan xalqını həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir. 2013-cü ildə bərbabər daha həmrəy, daha şirin günlər yaşamağı arzulayır. "Çudo Peçka" söz verir ki, öz məhsulları ilə növbəti ilin hər gününü şirin xatirələrinizə çevirmək üçün özəl məhsullar təqdim edəcək.
Axı, "Çudo Peçka" "Həyatın şirin anları" deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti