...

Əli Həsənov: BDU-nun yataqxanalarında məskunlaşmış qaçqınlar və məcburi köçkünlər fevral-mart aylarından başlayaraq köçürüləcək (FOTO)

Cəmiyyət Materials 11 Yanvar 2013 10:58 (UTC +04:00)
Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış qaçqınlar və məcburi köçkünlər fevral-mart aylarından başlayaraq Müşviqabad qəsəbəsində salınan şəhərciyə köçürüləcəklər.
Əli Həsənov: BDU-nun yataqxanalarında məskunlaşmış qaçqınlar və məcburi köçkünlər fevral-mart aylarından başlayaraq köçürüləcək (FOTO)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış qaçqınlar və məcburi köçkünlər fevral-mart aylarından başlayaraq Müşviqabad qəsəbəsində salınan şəhərciyə köçürüləcəklər. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, köçürülmə prosesinə havaların nisbətən mülayimləşməsindən sonra başlanacaq.

Həsənov, həmçinin qeyd edib ki, BDU yataqxanaları ətrafında olan məktəblərdə təhsil alanlar da həmin qəsəbədəki məktəblərə köçürüləcəklər.

Dövlət Komitəsi sədri ötən il qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxılaşdırılması ilə bağlı tikilən binalar və qəsəbələr barədə məlumat verib. O qeyd edib ki, bütün infrastruktur işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti