...

Ötən ay 10 mehmanxanaya lisenziyalar verilib

Cəmiyyət Materials 11 Yanvar 2013 18:52 (UTC +04:00)
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, lisenziya verilən mehmanxanalardan 5-i Bakıda, 5-i isə regionlarda yerləşir.
Ötən ay 10 mehmanxanaya lisenziyalar verilib

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Ötən ay 10 mehmanxanaya lisenziyalar verilib.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, lisenziya verilən mehmanxanalardan 5-i Bakıda, 5-i isə regionlarda yerləşir.

Nazirlik tərəfindən 2012-ci ilin dekabr ayı ərzində aşağıda adları göstərilən mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib:

1. Fiziki şəxs Fətəliyev Emil Vəzirxan oğluna İsmayıllı rayonu, Xanagah kəndi ərazisində yerləşən "Qız qalası" istirahət mərkəzi üçün

2. "Kaspian Palas" MMC-yə Bakı şəhəri, C.Cabbarlı küçəsi, 44 ünvanında yerləşən "Caspian Palace" mehmanxanası üçün

3. "Atlant" MMC-yə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən "Atlant" istirahət mərkəzi üçün

4. "Everton" firmasına Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən "AF Hotel-Aquapark" mehmanxanası üçün

5. "Tour-İnvest" MMC-yə Şəki şəhəri, Rəsulzadə prospekti, 187 ünvanında yerləşən "ŞƏKİ-SARAY" mehmanxanası üçün

6. "VAFİ Turizm" MMC-yə İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən "Çıraq Otel" mehmanxanası üçün

7. "İrşad" İslam Araşdırmalar Mərkəzinə Bakı şəhəri, Vaqif prospekti, 11A ünvanında yerləşən "İrşad Hotel" mehmanxanası üçün

8. "FELS Baku Limited" müəssisəsinə Bakı şəhəri, Azadlıq prospekti, 153 ünvanında yerləşən "City Mansion" mehmanxanası üçün

9. "Smart Travel" MMC-yə Bakı şəhəri, Z.Tağıyev küçəsi, 17 ünvanında yerləşən "Balion" mehmanxanası üçün

10. "Şah" MMC-yə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən "Şah" mehmanxanası üçün

Məqalədə:
Xəbər lenti

Xəbər lenti