...

Bakıda həftənin ilk iş günü sulu qar yağacaq

Cəmiyyət Materials 13 Yanvar 2013 19:00 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində yenidən hava nisbətən pisləşəcək, sulu qar və qar yağacaq.
Bakıda həftənin ilk iş günü sulu qar yağacaq

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Sabah Azərbaycan ərazisində yenidən hava nisbətən pisləşəcək, sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirblər ki, yanvarən 14-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə yanvarın 14-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir. Dağlarda isə gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti