...

Bakıda 850-yə yaxın şəxs sürücülük hüququndan məhrum edilib

Cəmiyyət Materials 18 Yanvar 2013 10:27 (UTC +04:00)
2012-ci ildə Bakıda tərtib edilmiş inzibati ptokollar əsasında 835 sürücü müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib.
Bakıda 850-yə yaxın şəxs sürücülük hüququndan məhrum edilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət /

2012-ci ildə Bakıda tərtib edilmiş inzibati ptokollar əsasında 835 sürücü müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ötən il yol təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər nəticəsində 36 622 inztibati ptokol tərtib edilib. Protokollar üzrə 12 və daha çox bal topladıqlarına görə 835 sürücü müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib.

Bunlardan 4214-ü avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 1833-ü qəza şəraitinin yaradılması, 1480-ü polisə tabe olmamaq, 14 236-sı qırmızı işıqda keçmək, 2591-i sərnişindaşıma, 282-si avtoxuliqanlıq, 5760-ı avtomobilin vəsiqəsiz idarə edilməsi, 10973-ü avtomobilin pərdəli-plyonkalı olması və s. hallara görə tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti