...

Ermənistan SQ Hərbi Tibb İdarəsinin rəisi əsgər ölümü ilə bağlı vəzifəsindən azad edilib

Cəmiyyət Materials 18 Yanvar 2013 17:43 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri Hərbi Tibb İdarəsinin rəisi, polkovnik Artaşes Parsadanyan vəzifəsindən azad edilib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə müdafiə naziri Seyran Ohanyan bildirib.
Ermənistan SQ Hərbi Tibb İdarəsinin rəisi əsgər ölümü ilə bağlı vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Ermənistan Silahlı Qüvvələri Hərbi Tibb İdarəsinin rəisi, polkovnik Artaşes Parsadanyan vəzifəsindən azad edilib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə müdafiə naziri Seyran Ohanyan bildirib.

Qərar hərbi qulluqçunun səhhəti ilə bağlı yaranan problem nəticəsində onun ölümündən sonra qəbul edilib.

"Mən selektor müşavirəsi keçirdim. Hərbi Tibb İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb. Bir sıra şəxslər də cəza alacaq", - müdafiə naziri bildirib.

Ohanyanın sözlərinə görə, yanvarın 16-da baş vermiş yol qəzasında günahı olan şəxslər də məsuliyyət daşıyır.

Qeyd edək ki, həmin qəza nəticəsində əsgər Artur Gevorkyan həlak olmuş, maşında olan bir zabit isə yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti