...

Aktauda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 18 Yanvar 2013 19:10 (UTC +04:00)
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq, Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu “Azərbaycanlı gənclərin Beynəlxalq Forumu" - ASAİF-in Qazaxıstan üzrə nümayəndəliyi ilə birgə Qazaxıstanın Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbər və Aktau şəhərinin orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib.
Aktauda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq, Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu "Azərbaycanlı gənclərin Beynəlxalq Forumu" - ASAİF-in Qazaxıstan üzrə nümayəndəliyi ilə birgə Qazaxıstanın Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbər və Aktau şəhərinin orta məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib.

Konsuluğun mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Baş konsulluqda təşkil olunmuş tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotostend və kitabların sərgisi təşkil olunub.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov açaraq, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verib. Məmmədov bu faciədə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları haqqında danışaraq, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.

Daha sonra Baş konsulluq tərəfindən 20 Yanvar faciəsi ilə bağlı azərbaycanlı tələbə və gənclər arasında vətənpərvərlik mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin yekunları elan edilib. Aktau şəhər 1 saylı məktəbin 11-ci sinif şagirdi Aidə Əliyeva, 5 saylı məktəbin 11-ci sinif şagirdi İlkin Orucov, 7 saylı məktəbin 11-ci sinif şagirdi Elşən Mehdiyev və Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Firuzə Nəsibova inşa yazı müsabiqəsinin qalibləri elan olunublar.

Qaliblər çıxışlar edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər.

Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti