...

Bakıda “yaz havası” davam edəcək

Cəmiyyət Materials 20 Yanvar 2013 14:23 (UTC +04:00)
Bakıda mövcud olan temperatur çoxillik normadan 1,6-1,8 dərəcə yüksəkdir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda “yaz havası” davam edəcək

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Bakıda mövcud olan temperatur çoxillik normadan 1,6-1,8 dərəcə yüksəkdir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakı və Abşeron yarımadasında bu cür hava şəraiti yanvarın 21-də də davam edəcək.

Belə ki, yanvarın 21-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacaq, gündüz yağmursuz hava şəraiti prqnozlaşdırılır.

Bakıda yanvarın 21-də temperatur gecə 1-4 dərəcə, gündüz isə 9-11 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti