...

Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 12,4 faiz artıb

Cəmiyyət Materials 21 Yanvar 2013 12:17 (UTC +04:00)
2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,4 faiz artıb.
Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 12,4 faiz artıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,4 faiz artıb.

DSMF-dən Trend-ə verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 1520 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 13 744 nəfərə yüksəlib.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,21 faizini kişilər, 9,79 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 96 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (8001 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1587 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 710 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (458), Hindistan (299), Çin Xalq Respublikası (286), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (196), Özbəkistan (166), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (125), Almaniya (116), Ukrayna (113), Filippin (109), İtaliya (94), Türkmənistan (93), Malayziya (89), Qazaxıstan (86), ABŞ (73) və s. ölkələr gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti