...

Azərbaycanda hər 10 min nəfərə təxminən 35 həkim düşür

Cəmiyyət Materials 21 Yanvar 2013 16:59 (UTC +04:00)
Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşür.
Azərbaycanda hər 10 min nəfərə təxminən 35 həkim düşür

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 63 orta tibb işçisi düşür.

Dövlət Statistika Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ölkədə 32 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 524 xəstəxana, 1697 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.

Ötən il ölkənin səhiyyə sistemində 84 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onlardan 38-də (Bakıda 21, regionlarda 17) təmir-tikinti işləri başa çatdırılıb. Bütün müəssisələr ən müasir avadanlıqlarla təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti