...

Hüquq mövzusu ilə bağlı referatların hazırlanması üzrə müsabiqə elan edilib

Cəmiyyət Materials 23 Yanvar 2013 12:56 (UTC +04:00)
Almaniyanın Kil Universiteti "Mərkəzi Asiya və Qafqazda beynəlxalq kommersiya hüququ: ümumi hüquqa dair məsələlər" mövzusu ilə bağlı referatların hazırlanması üzrə müsabiqə elan edib.
Hüquq mövzusu ilə bağlı referatların hazırlanması üzrə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Almaniyanın Kil Universiteti "Mərkəzi Asiya və Qafqazda beynəlxalq kommersiya hüququ: ümumi hüquqa dair məsələlər" mövzusu ilə bağlı referatların hazırlanması üzrə müsabiqə elan edib. Bu haqda Azərbaycan Hüquq İslahatları Mərkəzi ictimai Birliyi məlumat yayıb.

Referatlar aşağıdakı istiqamətlər üzrə hazırlanmalıdır:

- Region dövlətlərinin Ümumdünya Ticarət Təşkilatına qoşulması: hüquqi nəticələr;
- Avrasiya məkanında inteqrativ qurumlar: Avrasiya İqtisadi İttifaqının yaradılması istiqamətində;

- Avrasiya məkanında inteqrativ qurumlar: beynəlxalq ticarətə dair məsələlər;

- Enerji resursları ilə beynəlxalq ticarət;

- Beynəlxalq ticarət və təraf mühitin mühafizəsi.

Referatlar Rus, Alman və ya İngilis dilində, maksimum 20 səhifə həcmində hazırlanmalıdır.
Digər mənbələrdən əldə olunmuş məlumatlar istinadlar şəkildə qeyd olunmalıdır. İnternetə əsasən verilən iqtibaslar aktual olmalıdır.

Referatın titul səhifəsində referatın adı, müəllifin adı və soyadı, doğum tarixi, iş yeri, poçt və e-mail ünvanı, telefon nömrələri qeyd olunmalıdır.

Referatların 17.02.2013 tarixədən [email protected] ünvanında göndərilməlidir.
Əlavə məlumat üçün www.uni-kiel.de/keel ünvanına müraciət oluna bilər.

Qeyd edək ki, Almaniyanın Kil Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Əl-Fərabi adına Qazax Milli Univeristeti, Ural Dövlət Hüquq Akademiyası Almaniyanın "Folksvaqen" Elm Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan, Qazaxstan və Rusiya nümunəsində Mərkəzi Asiya və Qafqazda beynəlxalq kommersiya hüququ" başlığı altında üçillik birgə layihə həyata keçirirlər.

Layihə çərçivəsində "Transsərhəd ticarətin qlobal və regional faktor kimi beynəlxalq hüquqi tənzimlənməsi", "Transsərhəd ticari müqavilələrdən yaran mübahisələrin həlli məsələləri" və digər aidiyyəti məsələlərin araşdırılması nəzərdə tutulmuşdur. Referatların hazırlanması ilə bağlı müsabiqə də həmin layihə çərçivəsində elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti