...

Bakıda qeyri-qanuni aksiyanın iştirakçılarına inzibati tənbeh növü tətbiq edilib

Cəmiyyət Materials 28 Yanvar 2013 18:38 (UTC +04:00)
Bakıda qeyri-qanuni aksiyanın təşkili və orada iştiraka görə bir qrup şəxsə inzibati tənbeh növü tətbiq edilib.
Bakıda qeyri-qanuni aksiyanın iştirakçılarına inzibati tənbeh növü tətbiq edilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bakıda qeyri-qanuni aksiyanın təşkili və orada iştiraka görə bir qrup şəxsə inzibati tənbeh növü tətbiq edilib.

Bakı şəhəri Səbail və Nəsimi rayon məhkəmələrindən Trend-ə daxil olan məlumata görə, yanvarın 26-da qanunsuz piket təşkil etdiklərinə və orada iştiraka görə bir qrup şəxsə (30 nəfərə) İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə inzibati tənbeh növü tətbiq edilib.

İnzibati Xətalar Məcəlləsinin 298.1-ci maddəsinə görə, toplantının təşkilatçıları olan NİDA Vətəndaş Hərəkatının üzvü Turqut İsa oğlu Qəmbər 2500 manat, AXCP sədrinin müavini Gözəl Oruc qızı Bayramlı və həmin partiyanın Nizami rayon şöbəsinin məclis üzvü Kəmalə Kamal qızı Xəlilova (Bənənyarlı) 2000 manat məbləğində cərimələniblər.

Qanunsuz tədbirdə iştiraka görə 27 nəfərə həmin məcəllənin 298.2-ci maddəsi ilə inzibati tənbeh növləri tətbiq edilib.

Belə ki, Emin Paşa oğlu Abdullayevə (Milli) 15 sutka, Türkel Əhməd oğlu Əlisoya, Rüfət Cümşüd oğlu Abdullayevə, Tuncay Asəf oğlu Quliyevə və Əbülfəz Adəm oğlu Qurbanlıya 13 sutka inzibati həbs verilib.

Digər 21 nəfər inzibati cərimə ediliblər.

Onlardan Elşən Abdul-Əziz oğlu Həsənov, Bəxtiyar İlyas oğlu Hacıyev, Ziya Rüstəm oğlu Bayramov və Elçin Fizuli oğlu Carullayev - hər biri 600 manat;

Zaur Araz oğlu Qurbanlı - 550 manat;

Nihad Qəzənfər oğlu Hüseynov, Orxan Nəriman oğlu Carçıyev, Cəmil Malik oğlu Hacıyev, Sahib Fərman oğlu Kərimli və Nərgiz Tofiq qızı Yaqublu - hər biri 500 manat;

Tofiq İsrail oğlu Dadaşov - 450 manat;

Səfa Bəbəş oğlu Atakişiyev, Xədicə Rövşən qızı İsmayılova, Emil Sakit oğlu Bağırov, Vüsal Abit oğlu Bayramov, Aygül Əmirəhməd qızı Pəncəliyeva - hər biri 400 manat;

Azər Sahib oğlu Yusifzadə - 350 manat;

Xətai Sərvər oğlu Qafarlı, Kəmaləddin Vilayət oğlu Rəhimov, Cavid Adil oğlu Rüstəmli, Hüseyn Niyazi oğlu Fərhadov - hər biri 300 manat.

1 nəfərə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti