...

TQDK sədri özəl ali məktəbləri tələbələrə güzəşt etməyə çağırdı

Cəmiyyət Materials 30 Yanvar 2013 12:19 (UTC +04:00)
Azərbaycanda özəl ali məktəblər yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər.
TQDK sədri özəl ali məktəbləri tələbələrə güzəşt etməyə çağırdı

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda özəl ali məktəblər yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun elmi-statistik nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər: "Lakin təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".

Komissiya sədri deyib ki, hazırda özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir. Onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil.

Abbaszadə ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələrinin bir-birindən ciddi fərqləndiyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti