...

29 qeyri-qanuni tullantı sahəsi tullantılardan təmizlənib

Cəmiyyət Materials 30 Yanvar 2013 12:49 (UTC +04:00)
Yaxın günlərdə daha 4 sahənin tullantılardan təmizlənməsi nəzərdə tutulur.
29 qeyri-qanuni tullantı sahəsi tullantılardan təmizlənib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində indiyədək Bakı şəhərinin 7 rayonunda (Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Yasamal, Xəzər) və ARDNŞ-in sərəncamında olan ərazilərdə yerləşən 29 qeyri-qanuni tullantı sahəsi tamamilə tullantılardan təmizlənib və həmin sahələrdən toplanan 420 min tondan çox tullantı Balaxanı poliqonuna daşınıb.

İİN-dən Trend-ə verilən məlumata görə, hazırda Sabunçu rayonu ərazisində yerləşən 2 bu cür sahənin tullantılardan təmizlənməsi işləri aparılır. Yaxın günlərdə daha 4 sahənin tullantılardan təmizlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən ümumilikdə Bakının 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.

Ötən ilin avqust ayından etibarən qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunaraq, təmizləmə işlərinə başlanılıb.

"Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi" çərçivəsində tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti