...

Azərbaycanda "Cıdır TV"-nin yaradılması nəzərdə tutulur

Cəmiyyət Materials 9 Fevral 2013 11:59 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev 2012-ci ilin yekunlarına dair hesabat konfransında çıxışı zamanı deyib.
Azərbaycanda "Cıdır TV"-nin yaradılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanda "Cıdır TV"-nin yaradılması iə bağlı təkliflər hazırlanıb.

Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev 2012-ci ilin yekunlarına dair hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Cıdır TV"-nin yaradılması üçün artıq təkliflər hazırlanıb. Yaxın zamanlarda yeni televiziyanın açılması üçün müvafiq qurumlar arasında müzakirələr aparılacaq.

Baş katib bildirib ki, televiziyanın yaradılmasında məqsəd bu idman növünün Azərbaycanda inkişaf etdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti