...

"Bakı Şərab" mağazasından 140 min manatdan çox pul mənimsənilib

Cəmiyyət Materials 18 Fevral 2013 18:48 (UTC +04:00)
“Bakı Şərab-1” ASC-nin Salyan şəhərində fəaliyyət göstərən 7 saylı firma mağazasının müdiri Cəfərov Səxavət Ərəstun oğlunun qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
"Bakı Şərab" mağazasından 140 min manatdan çox pul mənimsənilib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

"Bakı Şərab-1" ASC-nin Salyan şəhərində fəaliyyət göstərən 7 saylı firma mağazasının müdiri Cəfərov Səxavət Ərəstun oğlunun qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, cəmiyyət tərəfindən maddi-məsul şəxs S.Cəfərovun iştirakı ilə aparılmış inventarizasiya ilə mağazada 143 min 272 manat məbləğində çatışmazlıq aşkar olunub. Mağazanın fəaliyyətinin auditi zamanı həmin çatışmazlıq təsdiq olunub.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti