...

Azərbaycanda fərqlənən gənclərə Prezident mükafatının veriləcəyi şəxslərin müəyyənləşməsi üçün xüsusi komissiya yaradılacaq

Cəmiyyət Materials 19 Fevral 2013 11:31 (UTC +04:00)
Azərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatının veriləcəyi şəxslərin müəyyənləşməsi üçün dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirilib.
Azərbaycanda fərqlənən gənclərə Prezident mükafatının veriləcəyi şəxslərin müəyyənləşməsi üçün xüsusi komissiya yaradılacaq

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatının veriləcəyi şəxslərin müəyyənləşməsi üçün dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirilib.

O deyib ki, artıq bununla bağlı normativ hüquqi sənədlər - qaydalar və əsasnamə hazırlanaraq aidiyyatı üzrə müvafiq qurumlara təqdim olunub.

Onun sözlərinə görə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində hazırlanan mükafat elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərə təqdim olunacaq.

Babayev bildirib ki, Prezident mükafatının ildə təxminən 6 nəfərə verilməsi müəyyən olunub.

"Lakin bu, mütləq deyil. Ola bilər ki, il ərzində 2-3 nəfərə verilsin. Çünki yaxşıların yaxşısının yüksək səviyyədə qiymətləndirilməsi nəzərdə tutulur", - Babayev deyib.

Mükafat ölkə və xalq naminə görülmüş işin nəticəsinə görə, il ərzində elm-təhsil sahəsində ixtiraya, mədəniyyət və incəsənət sahəsində Azərbaycanı yüksək səviyyədə təmsilçiliyə, geniş ictimai fəaliyyətə görə veriləcək və hər il hansısa şəxsin seçilməsi mütləq şəkildə deyil.

Gənclərin stimullaşdırılması üçün təsis edilən Prezident mükafatının məbləği 10 min manat təşkil edəcək.

Qeyd edək ki, əvvəllər fərqlənən gənclərə mükafatı Gənclər və İdman Nazirliyi təqdim edirdi və maksimum məbləği 500 manat təşkil edirdi.

İyulun 7-də qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında istedadlı gənclərə dəstəyin artırılması ayrıca bənd kimi göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti