...

TQDK magistraturaya sınaq imtahanlarının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 19 Fevral 2013 16:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 17-də magistraturaya hazırlaşan gənclər üçün magistratura imtahanının birinci mərhələsi üzrə (məntiqi təfəkkür, informatika və xarici dil) keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.
TQDK magistraturaya sınaq imtahanlarının nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 17-də magistraturaya hazırlaşan gənclər üçün magistratura imtahanının birinci mərhələsi üzrə (məntiqi təfəkkür, informatika və xarici dil) keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər imtahan nəticələri ilə yanaşı, öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər. İmtahanda iştirak etmək üçün 7398 nəfər qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti