Azərbaycan, Bakı, 21 fevral /Trend/
"Məhkumlar üçün xəstəxana" cinayət-islah müəssisəsinin məhkumları ağır şəraitlə barışmaq məcburiyyətindədirlər. Bu barədə Trend cümə axşamı "Armenian Report"a istinadən məlumat verir.
Ombudsmanın ekspert işçi qrupu xəstəxanaya baş çəkərkən orada 46 ağır xəstə olub. Belə olan halda xəstəxananın gecə növbəsində bir həkim və bir feldşer xidmət göstərir. Bu isə müxtəlif binaların müxtəlif şöbələrində olan xəstələrə müvafiq tibbi yardımın göstərilməsini mümkünsüz edir.
Məlumata görə, iş axtaran şəxslər xəstəxanadakı ağır şərait və aşağı əməkhaqqına görə burada işləməkdən imtina edirlər.
Statistikaya əsasən, xəstəxanada əvvəlki illərlə müqayisədə narkotik asıllığı olan xəstələrin sayı artıb. Hazırda xəstəxanada 38 vərəm və 21 QİÇS xəstəsi var. Binanın mərkəzləşdirilmiş istilik sistemi yoxdur.
Xəstələrin özləri isə palatalarda həşəratların olmasından şikayət edirlər. Mətbəx binadan ayrı yerləşdiyinə görə məhkumlar xəstəlikdən asılı olamyaraq, hətta pis hava şəraitində belə yeməyi qızdırmaq üçün küçəyə çıxmalıdırlar.