...

Türkiyənin TRT telekanalı Xocalı soyqırımı ilə bağlı silsilə proqramlar yayımlayacaq

Cəmiyyət Materials 25 Fevral 2013 14:38 (UTC +04:00)
Türkiyənin TRT telekanalı Xocalı soyqırımı ilə bağlı silsilə proqramlar hazırlayacaq. Bu barədə TRT Azərbaycan nümayəndəliyindən Trend-ə daxil olan məlumatda bildirilir.
Türkiyənin TRT telekanalı Xocalı soyqırımı ilə bağlı silsilə proqramlar yayımlayacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Türkiyənin TRT telekanalı Xocalı soyqırımı ilə bağlı silsilə proqramlar hazırlayacaq. Bu barədə TRT Azərbaycan nümayəndəliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, proqramlar dörd gün müddətində TRT 1, TRT Haber, TRT Türk, TRT Avaz və TRT ərəb telekanallarında yayımlanacaq.

TRT-nin Bakı təmsilçiliyi fevralın 26-da TRT 5 və TRT Avaz telekanallarında da Xocalıya həsr olunmuş veriliş yayımlayacaq.

Silsilə proqramlar çərçivəsində TRT Bakı təmsilçiliyinin hazırladığı "Xəyallarım vardı" və "Xocalı yaşayır" sənədli filminin yayımlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti