...

Azərbaycanda 6 kənd ləğv olunur

Cəmiyyət Materials 28 Fevral 2013 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 6 kənd ləğv olunur.

Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin cümə axşamı keçirilən iclasında Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edib.

"Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, Masallı rayonunun tərkibində olan Dadva, Digah, İskəndərli və Seybəyin kəndləri, eyni zamanda, Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, bu kəndlər dövlət reyestrindən çıxarılır. Bundan əlavə, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılır. Bununla da Masallı şəhərinin ərazisi 300 hektardan 2500 hektara qədər genişlənmiş olur.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti