...

Bakıda “20-ci sahə”də ucqun prosesi yenidən aktivləşə bilər

Cəmiyyət Materials 4 Mart 2013 14:55 (UTC +04:00)
Atmosfer yağıntılarının cox olmasının təsiri nəticəsində Bakıda “20-ci sahə” adlanan ərazidə ucqun prosesi yenidən aktivləşə bilər.
Bakıda “20-ci sahə”də ucqun prosesi yenidən aktivləşə bilər

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İsabalayeva/

Atmosfer yağıntılarının cox olmasının təsiri nəticəsində Bakıda "20-ci sahə" adlanan ərazidə ucqun prosesi yenidən aktivləşə bilər.

Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. Onun sözlərinə görə, "20-ci sahə"də ucqun əhəng daşı qırıntılarının aşınması nəticəsində baş verib.

"Bu,ciddi ucqundur. "20-ci sahə"də tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə təkliflər hazırlanaraq müvafiq qurumlara verilib"-nazirlik rəsmisi deyib.

Əmiraslanovun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106, 107, 111-ci km-lərində sürüşmə sahələrində, Ağsu aşırımı və Muğanlı-İsmayıllı yollarında sürüşmə sahələrində nisbi aktivləşmə müşahidə edilir.

ETSN nümayəndəsi bildirib ki, hazırda Abşeron yarımadasındakı sürüşmə sahələrində ciddi aktivlik yoxdur. Ancaq Abşeron yarımadası daxil olmaqla, bütün respublika ərazisindəki ucqun və sürüşmə prosesinə məruz qalmış yamaclarda atmosferin təsiri nəticəsində aktivləşmə hər an gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti