...

TQDK 14 mindən çox nəzarətçi-müəllimi qəbul imtahanlarında iştiraka hazırlayıb

Cəmiyyət Materials 7 Mart 2013 16:10 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlərin keçirilməsini başa çatdırıb.
TQDK 14 mindən çox nəzarətçi-müəllimi qəbul imtahanlarında iştiraka hazırlayıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlərin keçirilməsini başa çatdırıb.

Komissiyadan çümə axşamı Trend-ə verilən məlumata görə, yanvarın 23-dən başlanmış seminarlarda 14 060-dan artıq nəzarətçi-müəllim iştirak edib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib.

İştirakçılar, xüsusən, ilk dəfə cəlb olunan nəzarətçilər TQDK tərəfindən aprel ayından keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti