...

İran xəstəxanalarında anestiziya üçün preparatlar çatışmır

Cəmiyyət Materials 12 Mart 2013 17:24 (UTC +04:00)
İran xəstəxanalarında anesteziya üçün keyfiyyətli preparatlar çatışmır və hazırda həmin preparatlar ağır xəstələr üçün istifadə edilir.
İran xəstəxanalarında anestiziya üçün preparatlar çatışmır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran xəstəxanalarında anesteziya üçün keyfiyyətli preparatlar çatışmır və hazırda həmin preparatlar ağır xəstələr üçün istifadə edilir. Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Anestezioloqlar Cəmiyyətinin İdarə heyətinin sədri Məhəmməd Mehdi Qiyamət deyib.

"Təəssüf ki, xəstəxanalar tibbi məqsədlər üçün köhnə preparatlardan istifadə etməyə məcburdurlar, çünki keyfiyyətli anestetiklər çatışmır", - o qeyd edib.

Qiyamətin sözlərinə görə, hökumət anestetiklərin çatışmazlığı sahəsində fövqəladə vəziyyətlə bağlı əvvəlcədən məlumatlandırılsa da, indiyədək heç bir addım atılmayıb.

"İranda bir çox dövlət xəstəxanaları bu məsələ ilə əlaqədar olaraq bağlanma ərəfəsindədir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti