...

"Rabitəbank"ın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 12 Mart 2013 16:41 (UTC +04:00)
Bakının Xətai rayon məhkəməsinin "Rabitəbank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
"Rabitəbank"ın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakının Xətai rayon məhkəməsinin "Rabitəbank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 500 manat məbləğində kredit götürüb. Atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınıb. Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlanıb və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılıb. Bununla da dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti