...

İranda kənd yerlərində bağlanan nikahların sayı xeyli azalıb

Cəmiyyət Materials 12 Mart 2013 17:30 (UTC +04:00)
İranda kənd yerlərində bağlanan nikahların sayı ötən illə müqayisədə 39,5 faiz azalıb.
İranda kənd yerlərində bağlanan nikahların sayı xeyli azalıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranda kənd yerlərində bağlanan nikahların sayı ötən illə müqayisədə 39,5 faiz azalıb. Trend ILNA agentliyinə istinadən məlumat veriri ki, bunu İranın Əhalinin siyahıya alınması bürosunun direktoru Əli Əkbər Məhzun deyib.

Onun sözlərinə görə, İranda bu il (2012, mart - 2013, mart) 726 390 nikah bağlanıb ki, bunlardan da 136 216-sı kənd yerlərində qeydə alınıb.

Məhzun bildirib ki, şəhər yerlərində qeydə alınan nikahların sayı isə əksinə, ötən ilə nisbətdə 1,8 faiz artıb.

"Ümumilikdə, ötən illə müqayisədə ölkədə nikahların sayı 9,7 faiz azalıb", - o qeyd edib.

Boşanmalar haqqında danışan Məhzun qeyd edib ki, bu il ay ərzində orta hesabla 11 min belə hal baş verib ki, bu da ötən illə müqayisədə 6,7 faiz azdır.

"Əsasən, 25-29 yaşlı kişilər və 20-24 yaşlı qadınlar boşanır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti