...

Türkiyədə hər gün istehsalatda baş verən qəzalar nəticəsində 4 nəfər vəfat edir

Cəmiyyət Materials 18 Mart 2013 11:12 (UTC +04:00)
Türkiyədə hər gün istehsalatda 173 bədbəxt hadisə verir ki, bunun da dördü ölümlə nəticələnir.
Türkiyədə hər gün istehsalatda baş verən qəzalar nəticəsində 4 nəfər vəfat edir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə hər gün istehsalatda 173 bədbəxt hadisə verir ki, bunun da dördü ölümlə nəticələnir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Cihan" agentliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməyin müdafiəsi və təhlükəsi bölməsinin rəhbərinin köməkçisi İsmayıl Hərimin çıxışına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, baş verən bədbəxt hadisələrin 76 faizi xirda və orta sahibkarlıq müəssələrində baş verir. Onun sözlərinə görə, Türkiyədə hər il onlarla yeni peşə xəstəliyi qeydə alınır.

Hərim bildirib ki, hazırda ölkədə sığorta sahəsinə aid yeni qanun layihısi hazırlanır. Qanun layihəsində nəzərdə tutulan müddəaların tətbiqindən sonra ölümlə nəticələnən bədbəxt hadisələrin 98 faizə qədər azalaçağı gözlənilir. Həmçinin, sənəddə peşə xəstəliklərinin 70 faizə qədər azaldılması, istehsalatda texniki təhlükəsizlik qaydalarının güçləndirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti