...

Akademiyanın adı dəyişdirildi

Cəmiyyət Materials 18 Mart 2013 13:20 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" qərara dəyişiklik edib.
Akademiyanın adı dəyişdirildi

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Polis Akademiyasını təşkil etmək tədbirləri barədə" qərara dəyişiklik edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qərarda "Azərbaycan Polis Akademiyasını" sözləri "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası" sözləri ilə əvəz edilib. Bu akademiyaya qəbul planı Daxili İşlər Nazirliyinin təklifinə əsasən Nazirlər Kabineti tərəfindən Prezident yanında Təhsil üzrə Komissiyaya təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti