...

ASAIF-in Roma forumu öz işinə başlayıb

Cəmiyyət Materials 28 Mart 2013 14:50 (UTC +04:00)
“Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) İtaliyanın paytaxtı Roma şəhərində növbəti foruma start verib.
ASAIF-in Roma forumu öz işinə başlayıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" (ASAIF) İtaliyanın paytaxtı Roma şəhərində növbəti foruma start verib.

Trend-in ASAIF-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan gənclər təşkilatıının səmərəli münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır.

Forumda 45 ölkədən 550 Azərbaycan gənci, həmçinin İtaliyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarını təmsilən 20-dən çox italiyalı gənc iştirakçı qatılıb.

Açılış mərasimində Roma forumunda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya Assosiyasinin rəhbəri Paola Casagrande, Azərbaycan-İtaliya Ticarət İnstitutunun rəhbəri Mauela Traldi çıxış edib.

Forumda Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, Milli Məclisin, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının nümayəndə heyəti o cümlədən bir çox dövlət rəsmiləri iştirak edir.

Forumda Ermənistan-Azərbaycam Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət, danışıqlar prosesinin perspektivləri, insan kapitalı: geri dönən dəyərlər, KİV və ictimai diplomatiya vasitəsilə Azərbaycanın mövqeyinin təşviq edilməsi, Gələcəyə baxış: 2020 və müxtəlif mövzular üzrə çıxışlar olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti