...

Azərbaycanda siqaret satışına nəzarətin gücləndirilməsi tələb olunur

Cəmiyyət Materials 1 Aprel 2013 16:34 (UTC +04:00)
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları tərəfindən siqaret satışına nəzarət gücləndirilməlidir. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Azərbaycanda siqaret satışına nəzarətin gücləndirilməsi tələb olunur

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanları tərəfindən siqaret satışına nəzarət gücləndirilməlidir. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatı haqqında" qanunda siqaret qutularının formaları, markalanması, qutunun üzərindəki yazılar - siqaretin zərərli təsirinin olması, Səhiyyə Nazirliyinin xəbərdarlığı və digər məsələlər öz əksini tapıb.

"Lakin bu gün həmin qanunun müddəaları yetirilmir. Bu səbəbdən tütün istehlakına məhdudiyyətlər praktikada özünü doğrultmur", - Quliyev bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, qanunla aydın şəkildə siqaretin, papirosun və siqarların ədədlə satılmasına qadağa qoyulub. Lakin buna əməl etməyənlərə qanunvericiliklə nəzərdə tutulmuş cərimələr tətbiq olunmur.

"Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Amma çox təəssüf ki, hələ də qanunun bu maddəsi yerinə yetirilmir", - deputat deyib.

Deputat hesab edir ki, Azərbaycanda bu və ya digər məsələlərdə qanunvericiliyin sərtləşdirilməsinə qapalı yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunduqda baxmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti