...

«Yeni Azərbaycan» qəzetinin yubiley nömrəsi işıq üzü görüb

Cəmiyyət Materials 10 Aprel 2013 14:58 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan «Yeni Azərbaycan» qəzetinin 20 yaşı tamam olur.
«Yeni Azərbaycan» qəzetinin yubiley nömrəsi işıq üzü görüb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan "Yeni Azərbaycan" qəzetinin 20 yaşı tamam olur.

Trend-in məlumatına görə, 20 il öncə, 1993-cü il aprelin 10-da ilk sayı işıq üzü görən "Yeni Azərbaycan" ötən müddət ərzində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib, Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətinin, həmçinin Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında ön sıralarda dayanıb.

Bu məqam qəzetin 10 aprel 2013-cü il tarixində işıq üzü görmüş yubiley nömrəsində də xüsusi olaraq vurğulanıb.

Qeyd edək ki, "Yeni Azərbaycan" qəzetinin yubiley nömrəsində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan mətbuatına dövlət qayğısı siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən, eyni zamanda, "Yeni Azərbaycan" qəzetinin ötən müddət ərzindəki fəaliyyətindən bəhs edən məqalə, dövlət rəsmilərinin, millət vəkillərinin, kütləvi informasiya vasitələri rəhbərlərinin və ölkənin tanınmış ictimai-siyasi xadimlərinin redaksiya kollektivinə ünvanladıqları təbriklər, həmçinin Azərbaycanın daxili və xarici siyasətindən bəhs edən yazılar öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti