...

Lənkəran Dövlət Universitetinin prorektoru barəsində cinayət işi başlandı

Cəmiyyət Materials 16 Aprel 2013 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Lənkəran Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə həmin ali təhsil müəssisəsinin tələbəsinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilmişdir ki, universitetin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar həmin universitetin tələbəsindən xəstəliyinə görə akademik məzuniyyət verilməsi üçün 500 manat məbləğində rüşvət tələb etmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Q.Ağayev aprelin 15-də xidməti otağında tələbədən 400 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Q.Ağayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti