...

Prokurorlar ağac əkdilər

Cəmiyyət Materials 20 Aprel 2013 15:17 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Baş Prokurorluq tərəfindən ağacəkmə kampaniyası təşkil olunub.
Prokurorlar ağac əkdilər

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Baş Prokurorluq tərəfindən ağacəkmə kampaniyası təşkil olunub.

Respublika Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planına əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illilyi münasibətilə keçirilən tədbirlərin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə aprelin 20-də ağacəkmə kampaniyası keçirilib.

Prokurorluğun bütün əməkdaşları bu kampaniyada fəal iştirak ediblər. Ağacəkmə kampaniyası çərçivəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə 2500-dən artıq Eldar şamı və zeytun ağacları əkilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti