...

"Azəryolservis" ASC tərəfindən növbəti ağacəkmə kampaniyası keçirilib

Cəmiyyət Materials 27 Aprel 2013 14:19 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən keçirilən tədbirlərin davamı olaraq şənbə günü Hava Limanı qovşağında növbəti ağacəkmə kampaniyası keçirilib.
"Azəryolservis" ASC tərəfindən növbəti ağacəkmə kampaniyası keçirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən keçirilən tədbirlərin davamı olaraq şənbə günü Hava Limanı qovşağında növbəti ağacəkmə kampaniyası keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, iməcilikdə Cəmiyyətin 250-ə yaxın əməkdaşının iştirakı ilə əkinə hazırlanmış ərazidə 5000 ədədə yaxın sərv, eldar şamı, zeytun və digər ağaclar əkilib. Ağacəkmə kampaniyasının aqrotexniki qaydalara uyğun keçirilməsi üçün 20-ə yaxın maşın və texnika cəlb olunub. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

Cari ilin yaz əkini mövsümündə 90 min ədəd agacın əkilməsi nəzərdə tutulub. "Azəryolservis" ASC-nin kollektivi iməcilikləri mütəmadi olaraq may ayının 10-dək keçirəcək.

"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov ərazidə olub, ekoloji vəziyyətlə maraqlanaraq burada keçirilən iməcilikdə ağaclar əkib. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman ətraf mühitin mühafizəsinə, yaşıllıqların salınmasına xüsusi diqqət göstərirdi. Müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən müəyyən olunmuş ekoloji siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində geniş əhatəli tədbirlər həyata keçirilir. Bu ənənəyə sadiq qalan Cəmiyyətin tabeliyində olan müəssisə və idarələr tərəfindən respublikanın avtomobil yollarında genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır, ağacəkmə kampaniyaları uğurla davam etdirilir.

Məlumat verilib ki, təkcə 2011-2012-ci illər ərzində 14,8 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində mövcud olan müxtəlif növ ağac və kol bitkilərindən 269 236 ədədi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 142 950 ədəd ağac və kol bitkiləri yetişdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti