...

İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib

Cəmiyyət Materials 30 Aprel 2013 15:08 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib.
İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilib.

Trend akademiyanın rəsmi saytına istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İsmayıl Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam verib.

Qeyd edək ki, aprelin 24-də AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Həmin gün həm də AMEA-nın Rəyasət Heyətinin yeni üzvləri müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti