...

Bakıda piyada keçidinin tikintisinə başlanıldı

Cəmiyyət Materials 1 May 2013 09:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

Binəqədi rayonunda 179 saylı məktəbin qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə artıq başlanılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Mürsəliyev bildirib ki, keçidin qapalı boyu 52,4, eni 4,5, hündürlüyü isə 3,3 m olacaq. Ərazidə mühəndis kommunikasiya qurğuları - rabitə və su xəttləri yerləşdiyi üçün adiyyatı qurumlara müraciət olunub.

35 m məsafədə qazıntı işləri həyata keçirilib. Yaxın günlərdə beton işlərinə start veriləcək. Tikinti işlərinin yay aylarında başa çatdırlması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti